Azərbaycanın "Spult" şirkəti şərabçılıqla bağlı komponent və materialların təchizatı üzrə ixtisaslaşıb. Bu komponentlərin şərabçılığın istehsalında istifadəsi onun keyfiyyətinə müsbət təsir edir. Sözügedən komponent və materiallar əsasən Avropadan gətirilir.
FED.az xəbər verir ki, bu sözləri iyunun 22-də "XXI əsrdə yüksək effektli biotexnologiyanın şərabçılıq sahəsində tətbiqi" mövzusuna həsr olunmuş seminarda "Spult" şirkətinin meneceri, Şərabçılıq Assosiasiyasının icraçı direktoru İlham İdayətov deyib.
Şirkət təmsilçisi qeyd edib ki, Azərbaycan şərabının ixracı 5 dəfə artıb ki, bu da yaxşı göstəricidir.
Ümumilikdə isə ölkədə şərabçılıq sahəsində 38 müəssisə fəaliyyət göstərir. Onlardan 4-ü məhsullarını xaricə ixrac edir, 12-si isə daxili tələbatı ödəyir. Bu ilin əvvəlindən Azərbaycan 1 milyon dekalitr şərab istehsal edib.