Seneqalın Baş Gömrük İdarəsi Azərbaycan gömrükçülərinin iş təcrübəsini öyrənəcək.
Bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, hazırda Seneqalın gömrük komitəsinin nümayəndə heyəti Azərbaycandadır: "Seneqal gömrük nümayəndələrinin səfərinin əsas məqsədi Dövlət Gömrük Komitəsinin əməkdaşlarının iş prosesini və kadr potensialı səviyyəsinin artırılması prosesini öyrənməkdir".