Bu gün sənaye parklarında gömrük prosedurlarının operativ rəsmiləşdirilməsinə dair 4 təşkilat arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, dördtərəfli Anlaşma Memorandumu Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Kimya Sənaye Pakıının idarəedici təşkilatı olan “Təmiz Şəhər” ASC, “Yaşıl Dəhliz Xidməti” QSC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanıb.
Qeyd edək ki, Anlaşma Memorandumunu Sumqayıt Kimya Sənaye Parkının direktoru Nazim Talıbov, Balaxanı Kimya Sənaye Pakının idarəedici təşkilatı olan “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov, “Yaşıl Dəhliz Xidməti” şirkəti direktoru Mehman Ədilov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Nadir Adilov imzalayıblar.