Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb.
Özbəkistan vətəndaşı Bakıda şirkət açdı
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə probleminin yaranması olub. Mərkəz insan psixikası, davranış, psixodiaqnostika, təlim və müalicə sahəsində ödənişli əsaslarla fəaliyyət göstərib.
Pandemiya dövründə ölkədə qapanmaların olması səbəbindən qurumda ciddi maliyyə problemləri yaranıb. Nəticədə əksər əməkdaşlar, psixoloqlar bu təşkilatla yollarını ayırıblar.