Avqustun 8-nə Azərbaycanda 3 706 Pakistan şirkəti qeydiyyatda olub və bunlardan 3 304-ü aktiv fəaliyyət göstərib.
Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yaradılacaq
FED.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda bildirib.
"Pakistan şirkətləri Azərbaycan iqtisadiyyatında mühüm rol oynamağa başlayıb. İki ölkənin iqtisadi əməkdaşlığını genişləndirmək üçün pakistanlı həmkarlarımızla fərqli sektorlarda investisiya imkanlarını dəyərləndiririk. Kosmik sənaye və enerji layihələri kimi investisiya potensialı olan sahələrdə ortaq əməkdaşlıq üçün imkanlar var. Neft və qaz sektorunda, mədən sahəsində Pakistanın investisiya imkanları araşdırılır", - deyə o qeyd edib. (Report)