25 dekabr 2024-cü il saat 11.30-da “Şəki-Bazar”ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Şəki şəhəri, S.Rəhman küçəsi 1, “Şəki-Bazar”ASC-nin binasında baş tutacaq.
Yığıncaqda səhmdarların iştirak etmələri xahiş olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107 3.1-ci bəndinə əsasən səhmdarlar yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilərlər.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Şəki-Bazar” ASC-nin 2023-cü ildəki maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarının müzakirəsi.
2. 2023-cü ilin maliyyə nəticələrinə görə maliyyə- təftiş komissiyasının hesabatı və mühasibat balansının təsdiq edilməsi.
3. 2023-cü ilin yekunlarına görə mənfəətdən səhmdarlara ayrılmış dividend haqqında məlumat.
4. Digər məsələlər.
Səhmdarların ümumi yığıncağının gündəliyinin materialları ilə tanış olmaq üçün “Şəki-Bazar”ASC-nin idarə heyətinə müraciət etmək lazımdır.
Əlaqə telefonu– (02424) 4-35-99.