“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin maliyyə hesabatını audit edəcək şirkət bilinib.
FED.az Banker.az-a istinadən xəbər veirir ki, bu CQD-nin audit hesabatını dünyaca “Ernst & Yanq Holdinqs (Siayes) Bi.Vi.” Şirkətinin Azərbaycan Respublikasındakı filialı olan “E&Y Azerbaijan” aparacaq.
Eləcə də bax: SOCAR: Azərbaycanın "Cənub Qaz Dəhlizi" meqa layihəsi - BAŞA ÇATMAQ ÜZRƏDİR
Buna görə, “Cənub Qaz Dəhlizi” audit şirkətinə 66 min manat vəsait ödəyəcək.
Bu – CQD-nin 1 yanvar 2019-cu il tarixindən 31 dekabr 2021-ci il tarixinə qədər hər hesabat ili üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən tərtib olunmuş konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi üçün xidmətlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2014-cü ildə nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti təsis edilmişdir.
Eləcə də bax: Azərbaycanın Cənub Qaz Dəhllizindən əldə olunacaq - GƏLİRLƏRİ AÇIQLANDI
Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir.Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.