“Material Təchizat” ASC səhmdarlarının növbəti illik ümumi yığınca ğı 30 iyun 2022-ci il saat 11.00-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 16 nömrəli ünvanda keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycanda 100 min manatlıq şirkət - YARADILDI
Bu barədə FED.az şirkətin idarə heyətinin açıqlamasına istinad edir.
İclasın gündəliyinə 2019, 2020 və 2021-ci illərin maliyyə-təsərrüfat fəaliyyətinin hesabatının müzakirəsi və təsdiqi; Təşkilati məsələ-(direktorlar şurasının, idarə heyətinin və təftiş komissiyası üzvlərinin seçilməsi). Digər məsələlər daxil edilib.
“ Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil olunmuş nümayəndələr notarial təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir”- deyə, bildirişdə deyilir.