Dünyada standart səhər yeməyi 10 ildə ən yüksək həddə qədən bahalaşıb.
FED.az xəbər verir ki, bu barədə Financial Times qəzeti məlumat yayıb. Qəzet ənənəvi səhər yeməyi hazırlamaq üçün istifadə olunan qidaların qiymət dəyişməsini hesbalayıb və «Səhər yeməyi indeksi» müəyyən edib.
«Səhər yeməyi indeksi» kofe, süd, şəkər, yulaf, buğda və portağal şirəsinin qiyməti əsasında hesablanır. 2019-cu ildən bəri səhər yeməyi üçün qidaların qiyməti orta hesabla 63% artıb. 2021-ci ilin avqustundan etibarən isə qiymət artımı sürətlənib. Belə ki, buğda 20%, şəkər 26%, kofe isə 56% bahalaşıb.
Qidanın bahalaşmasının səbəbləri kimi, pis hava şəraiti, bəzi kənd təsərrüfatı məhsullarının az yığılması və COVID-19 pandemiyası səbəbindən təchizat zəncirində yaranan problemlərdir.
Qəzet yazır ki, «Nestle» və «Procter & Gamble» kimi ərzaq nəhəngləri də bazarlardakı vəziyyətə reaksiya verərək qiymətləri artırır, bununla da xammalın bahalaşmasının yükünü alıcıların üzərinə qoyurlar.
«Financial Times»ın rəyini soruşduğu ekspertlərin sözlərinə görə, qidaların bahalaşması ən azı 2022-ci il ərzində də davam edəcək.