Bu gündən başlayaraq Bakı Ekspo Mərkəzində 80-ə yaxın Çin şirkətlərinin iştirakı ilə möhtəşəm sərgi başlayıb.
FED.az xəbər verir ki, açılışda Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi iştirak edib.
O bildirib ki, Çinin istehsalat sahəsi Azərbaycanın sosial-iqtisadi inkişafına müsbət töhfə verəcək, ölkələr arasında əməkdaşlığı gücləndirəcək.
FED.az müşavirin tədbirdəki çıxışını təqdim edir.
Qeyd edək ki, sərgi 28 oktyabr tarixindək davam edəcək.