FED.az xəbər verir ki, A.Xudiyev qeyd edib ki, Ukraynada 2013-cü ildə baş vermiş məlum hadisələr və ölkədə cərəyan edən siyasi proseslərin təsiri ilə başqa ölkələrlə olduğu kimi, Azərbaycanla da ticarət dövriyyəsinin həcmi aşağı düşmüşdü: “2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 333 mln. ABŞ dolları təşkil edib.
Lakin sonrakı 3 il ərzində (2015-2018) Səfirlik tərəfindən görülmüş işlər sayəsində, o cümlədən Kiyev şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması nəticəsində, ikitərəfli ticarət dövriyyəmiz nəzərə çarpacaq dərəcədə (2,5 dəfə) artıb. Bunun nəticəsində Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarından birinə çevrilib və hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində 11-ci yeri tutur.
2018-ci ildə ticarət dövriyyəmiz 829 mln ABŞ dolları təşkil edib. 2019-cu ildə bu göstəricinin daha da artacağı gözlənilir.
Eyni zamanda onu da vurğulamaq istərdik ki, üç il müddətində Azərbaycandan Ukraynaya ixrac edilən məhsulların həcmi 16 dəfə artıb”.
Trend