"Dövlət Gömrük Komitəsi bu il üçün nəzərdə tutulan plan-proqnozu noyabrın 5-də tamamlayıb. Ötən ilin eyni dövrü ilə müqayisədə cari ildə dövlət büdcəsi əlavə olaraq 666 milyon manat vəsait ödənib".
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib. Komitə sədri bildirib ki, cari ildə idxal 23 faiz, ixrac isə 5 faiz artıb:
Eləcə də bax: Azərbaycanda bəzi dövlət rüsumları artırıldı – TAM SİYAHI
“Cari ildə ixrac-idxal proseslərində aprel ayında artım, avqust isə azalma müşahidə olunub”.
S.Mehdiyev həmçinin rüsumların aşağı salınması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, rüsumların azaldılması Komitənin səlahiyyətində deyil:
“Gömrük Komitəsi icraedici orqandır. Əgər rüsumların aşağı salınması ilə bağlı qərar olarsa, biz buna etiraz etmərik".