Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanın İranla dövlət sərhədində yerləşən Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Komitədən FED.az-a verilən məlumata görə, S.Mehdiyev Biləsuvar gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə məlumat verilib.
Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi üçün aparılacaq yenidənqurma işləri, eləcə də sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə dair tapşırıq və tövsiyələrini verib.
Daha sonra S.Mehdiyev Biləsuvar gömrük postunda yeni quraşdırılan "Body scan" (B-scan) markalı texniki nəzarət vasitəsinə baxış keçirib, bu avadanlığın iş prinsipi ilə tanış olub.