Qaradağ rayonunda fəaliyyət göstərən «Sədərək» firması (eyni adlı yarmarkanı idarə edir) Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 100 min manat vəsait ayrılması barədə qərar qəbul edib.
FED.az xəbər verir ki, firmanın açıqlamasında bildirilir ki, koronavirusa qarşı mübarizə üçün «Sədərək» firmasının ərazisindəki bütün binalarda, dükan və ofislərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, avtomobillərin saxlama yerlərində və digər yerlərdə gündəlik olaraq tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və dərmanlanma işləri aparılır.
Firma hər kəsi Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırıb.