“Səba” ASC-nin 18 avqust 2025-ci il tarixinə təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişdirilmədən 19 sentyabr 2025-ci il tarixinə keçirilib.
FED.az xəbər verir ki, “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60 ünvanında keçiriləcəkdir.
“Səba” ASC-nin 18.08.2025-ci il tarixinə təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağı Mülki Məcəllənin 107-2.1. maddəsinə müvafiq olaraq baş tutmadığı nəzərə alınaraq 19 sentyabr 2025-ci il tarixinə keçirilib.
Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:
1. “Səba” ASC-nin Direktorlar Şurasının 2023-2025-ci illər ərzindəki fəaliyyətinə dair hesabatı və onun tərəfindən qəbul edilmiş qərarların müzakirəsi barədə;
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə təsis edilmiş “Qarabağ Taxıl Aqro” MMC-nin (Dövlət qeydiyyat № (VÖEN): 5001333151; dövlət qeydiyyatına alındığı tarix: 10.07.2025) nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması barədə;
3. “Səba” ASC-də dividendlərin elan edilməsi haqqında. Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 60 ünvanında yerləşən Cəmiyyətin ofisində tanış olmaq hüququna malikdirlər.
Ümumi Yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətləri barədə etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu: (+99450) 201 20 15 – Direktor (+99455) 215 08 60 – Hüquqşünas Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 60