Ölkənin aparıcı quşçuluq təsərrüfatından olan “Səba” ASC 2018-ci ilin ik yarımilini mənfəətlə başa vurub.
FED.az “Səba” ASC-nin “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin ilk yarısında şirkət hazır məhsul satışından 34 milyon 392,7 min manat ədə edib. Satışların maya dəyəri isə 28 milyon 411,1 min manat olub.
Nəticədə “Səba” ASC-nin ilk yarım ildə ümumi mənfəəti 5 milyon 891,6 min manat olub.
Eləcə də bax: «Bakı Kristal Zal» da zərərlə işləyir - HESABAT
Şirkətin inzibati xərcləri 5,3 milyon manat təşkil edib ki, bunun da 2,28 milyon manatı inzibati xərclərin, 3,02 milyon manat isə satış və paylaşdırma xərclərini payına düşüb.
Nəticədə şirkətin əməliyyat mənfəəti 681,8 min manat təşkil edib. 241 min manatlıq maliyə xərclərini çıxdıqdan və məzənnə fərqi nəticəsində 46 min manatlıq gəliri əlavə etdikdən sonra şirkət ilk yarım ili 486,7 min manat mənfəətlə başa vurub.
FED.az “Səba” ASC-nin “Balans” hesabatına istinadən bildirir ki, 2018-ci ilin ilk yarısında şirkətin cəmi aktivlərin məbləği 41 milyon 954,8 min manat olub. İlin əvvəli ilə müqayisədə aktivlər 5,2 milyon manat və ya 11% azalıb.
Əvəzində şirkətin kapital ilin əvvəlinə nəzərən 2,18% artaraq 22 milyon 818,1 min manata çatıb.
İlk yarım ilin nəticələrinə görə, “Səba” ASC-nin ümumilikdə 19 milyon 137 min manat öhdəliyi var ki, bunun 18 832 milyon manatı kredit və borclardır.
Xatırladaq ki, “Səba” ASC 2016-cı ili 3 milyon 341,3 min manat zərərlə başa vurmuşdu. 2017-ci ildə isə şirkət mənfəətə çıxıb – 1 milyon 172,6 min manat.
İlin əvvəlindən bəri “Səba” ASC-nin işçilərinin sayı da artaraq 511-dən 557 nəfərə yüksəlib.
"Səba" ASC-nin 2018-ci ilin yarımillik hesabatına buradan baxa bilərsiniz.
«Səba» ASC mənfəətini və borclarını açıqladı - HESABAT
12:27
7 Sen 2018