“SƏBA” ASC 2019-cu il üzrə yarımillik maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, ötən il 486 703 manat mənfəət əldə edən “SƏBA” ASC – bu il birinci yarısında 3 mln 266 min manat zərərə edib.
Şirkətin aktivləri ötən illə müqayisədə 79% artaraq 41 mln 954 min manatdan 75 mln 123 min manat çatıb.
Şirkət 2018-ci ildə hazır məhsul satışından 34 mln 392 min manat əldə edib ki, bunun da 28 mln 411 min manatı məhsulun maya dəyəri olub.
2019-cu ilin yanvar-iyun dövründə “SƏBA”nın satışdan gəlirləri 36 milyon 837 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 7% çox artım deməkdir.