Fransanın istehlak bazarını tənzimləyən qurumu «Shein» geyim şirkətini yalançı endirimlərə görə, 40 milyon avro cərimələyib.
FEH.az xəbər verir ki araşdırma nəticəsində məlum olub ki, «Shein»in öz saytında elan etdiyi endirimlərdə qiymət göstərilən kimi azalmırdı, bəzi hallarda isə əksinə ümumiyyətlə qiymət artımı olub.
Reuters yazır ki, bu cərimə saxta endirimlərə və müştərilərlə ədalətsiz davrandığına görə, «Shein» brendinin satışını idarə edən «Infinite Style E-Commerce Co Ltd» şirkətini tətbiq edilib. Açıqlamada deyilir ki, şirkət pərakəndə satış endirimləri barədə elanları ilə istehlakçıları çaşdırıb.
Fransanın dövlət qurumu cərimə barədə qərar qəbul etməzdən əvvəl şirkətin fəaliyyətini diqqətlə araşdırıb. 2022-ci il oktyabrın 1-dən 2023-cü il avqustun 31-dək Fransadakı «Shein» saytında «endirimlə satılan minlərlə» məhsulun təhlili göstərib ki, təkliflərin 57%-də əslində müştərilərə daha aşağı qiymət təklif edilməyib, 19% hallarda endirim göstəriləndən daha az olub, elanların 11%-də isə nəinki endirim olmayıb, hətta məhsullar müştəriləri çaşdıraraq daha yüksək qiymətə təklif edilib.
«Shein» şirkəti elan edib ki, bu məsələ barədə «Infinite Style Ecommerce Co Ltd» şirkətini hələ 2024-cü ilin martında məlumatlandırıblar və qarşı tərəf da 2 ay müddətində problemi aradan qaldırıb. Buna baxmayaraq şirkət 40 milyon avro cərimə edilib.
Qeyd edək ki, «Shein» şirkətinin Avropada ədalətsiz hərəkətlərdə ittiham olunması ilk dəfə deyil. Məsələn, 2025-ci ilin mayında, yəni cəmi 2 ay əvvəl Avropa Komissiyası şirkəti ittiham edib ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunları pozur.
Belə ki, şirkət "qaranlıq nümunələrdən" istifadə edirmiş, buna müdaxiləli xatırlatmalar, «itirilmiş imkan» effekti yaratmaq, saytda məcburi qeydiyyat, saxta geri sayma taymerləri və s. aiddir.