Koronavirus pandemiyasına görə ölkə arazisində və dünyada tətbiq edilən gücləndirilmiş karantin rejimi ilə əlaqədar “Savalan” ASC səhmdarlarının 2019 və 2020-ci illərin maliyyə yekunlarına aid ümumi yığıncağı “ZOOM” programı vasitəsilə onlayn formada keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncağı izləmək üçün 30 iyun 2021-ci il saat 12.00 –da ,,ZOOM” proqramı vasitəsilə qoşulmaq xahiş olunur. Səhmdarlara bildirişlə birgə proqramın şifrəsi də göndərilir.
Gündəlikdəki məsələlər:
1. 2019 və 2020 – ci hesabat illərinin yekununa görə cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyəti barədə idarəetmə orqanlarının hesabatı.
2. Maliyyə - təftiş komissiyasının hesabatı.
3. Müşahidə şurasının hesabatı.
4. Digər məsələlər.
Ünvan- Bakı şəhəri, Keşlə qəsəbəsi 1- ci Önünə küçəsi 19.
Əlaqə telefonu- (012) 567- 41- 09.