18 İyul 2025-ci il tarixdə, saat 12.00-da “Savalan” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Keşlə qəsəbəsi, 1- ci Önünə küçəsi 19 ünvanda baş tutacaq.
İştirakçıların qeydiyyat vaxtı iclas günü saat 09.00-dan 11.00-a qədərdir.
İclasda müzakirə olunacaq məsələlər:
1.Cəmiyyətin 2024-cü il üzrə maliyyə hesabatı.
2. Təşkilatı məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) 08.07.2025 tarixindən etibarən, iş vaxtı ərzində “Savalan” ASC-nin Bakı şəhəri, Keşlə qəsəbəsi, 1-ci Önünə küçəsi 19 ünvanında yerləşən inzibati binasında tanış olmaq mümkündür.
Əlaqə tel: (012) 567- 41- 09 (Daxili-16)