Dünyanın sərinləşdirici içkilər bazarının liderlərindən biri – ABŞ-ın «PepsiCo» şirkəti qazlı içki markası «Poppi»nin istehsalçısını 1,5 milyard dollara satın aldığın elan edib. Daha 300 milyon dollar isə alqı-satqı ilə bağlı vergi xərclərinə sərf ediləcək.
FED.az xəbər verir ki, «Poppi» nisbətən faydalı içkilər kateqoriyasına aiddir. Son illər ABŞ və digər ölkələrldə gənclər daha çox faydalı içkilərə üstünlük verməyə başlayıb.
Yeni brendi almaqla «Pepsi» özünün «faydalı qazlı içkilər» kateqoriyasındakı payını artırmaq istəyir. Hazırda şirkətin ənənəvi içkilərinə və qəlyanaltılarına tələbat azalmaqdadadır.
Gən amerikalılar isə getdikcə daha çox faydalı qazlı içkilərə və enerji içkilərinə maraq göstərirlər. Buna səbəb onların fitnes həyat tərzinə keçməsidir.
«Pepsi»nin əsas rəqibi olan «Coca-Cola» şikəti də eyni vəziyyətdədir, bu şirkət hazırda özünün «Simply» brendini genişləndirir və bura «Simply Pop» adlı prebiotik qazlı içkini əlavə edib.
«Bloomberg» yazır ki, belə içkilərə tələbatın artmasının səbəbi onların tərkibində şəkərin aşağı olmasıdır. «Pepsi»nin yeni aldığı «Poppi» içkiləri isə meyvə şirələri və alma sirkəsi ilə hazırlanır, bir porsiyada şəkərin miqdarı isə 5 qramı keçmir.
Birjalar «Pepsi»nin yeni alış əməliyyatına müsbət reaksiya verib, alışın elan edildiyi gün, şirkətin səhmləri 1,6% bahalaşıb.
Ümumilikdə isə satışların və gəlirləri azalması, eləcə də, 2025-ci ilə gözlənilən gəlirin prooqnozunun aşağı düşməsi səbəbindən «Pepsi»nin səhmləri son vaxtlar ucuzlaşmaqdadır.
Belə ki, 2024-cü ilin sonunda «PepsiCo»nun ABŞ bazarında qazlı içkilər və çipslər bazarında satışları 1% azalıb. Satışların azalmasının bir səbəbir də məhsulun qiymətinin artmasıdır – 1 rübdə məhsullar 3% bahalaşıb.
«RBC Capital Markets»in analitiki Nik Modi bildirib ki, «Pepsi»nin problemləri arta bilər: «Yüksək qiymətlər məhsula olan tələbatı aşağı salır, nəticədə şirkət bazar payını itirməli olur, fikrimizcə, «PepsiCo» ağrılı sərhədə yaxınlaşır».
2024-cü ildə «PepsiCo»nun rüblük gəliri 0,2% aşağı düşərək gözlənilən $27,89 milyard dollar əvəzinə $27,78 dollar olub. «PepsiCo»nun hər səhmi sahibinə 1,96 dollar gəlir gətirib.
Ümumilikdə «PepsiCo»nun səhmlərinin qiyməti son bir ildə 25 dollar və ya təqribən 15% azalıb. Belə ki, 2024-cü ilin martında şirkətin səhminin qiyməti 172 dollar olduğu halda, indi bu rəqəm 147 dollara enib. Son aylar şirkətin səhmi addım-addım azalmaqdadır.