Bakıda şirkətdən külli miqdarda oğurluq edilib.
FED.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti ev 1, mənzil 46-da baş verib.
Eləcə də bax: Tikinti şirkətindən vətəndaşa qarşı 120 MİN MANATLIQ DƏLƏDUZLUQ
Həmin ünvanda fəaliyyət göstərən "İnterpazarlama" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru İsmayıl Bülbül polisə müraciət edərək bildirib ki, Lənkəran rayonu, Göyşaban kənd sakini, MMC-nin cənub bölgəsi üzrə satış təmsilçisi işləmiş Cavadov Elvin Əlişan oğlu şirkətin 72 min 922 manatını qanunsuz olaraq ələ keçirib.
Faktla bağlı cinayət işi başlanıb.
Trend