Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın oğlu Rusiyadakı “McDonald's” restoranlar şəbəkəsini almaq istəyənlər arasında olub.
Eləcə də bax: “McDonald's” bu adla yenidən Rusiyaya qayıtdı - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə “Forbes” öz mənbələrinə istinadən məlumat yayıb. Rusiyada iyunun 12-də rebrendinqdən sonra “McDonald's” fast food restoranlarının “Vkusno i Toçka” adlı şəbəkəsi açılıb. Sibirdə 25 “McDonald's” restoranını idarə edən "Yujkuzbassuqol" şirkətinin keçmiş ortağı Aleksandr Qovor restoranlar şəbəkəsinin yeni sahibi olub.
Altı iddiaçıdan biri Ermənistanın eks-prezidenti Armen Sarkisyanın oğlu olub. Armen Sarkisyanın iki oğlundan - Vardan və Haykdan hansının müraciət edənlər arasında olduğu məlum deyil. (Qafqazinfo)