İqtisadiyyat Nazirliyi yanında “Azərlotereya” ASC 2017-ci ili 1,22 mln. manat xalis mənfəətlə başa vurub. FED.az xəbər verir ki, şirkətin maliyyə hesabatına əsasən, bu, 2016-cı illə müqayisədə 54,7% və yaxud 2,2 dəfə azdır.
Əldə olunmuş mənfəətin 1 mln. manatı divident şəklində dövlət büdcəsinə ödənilib.
Ötən il “Azərlotoreya”nın satışdan gəlirləri 26,172 mln. manat (əvvəlki ilə nisbətən 21,75% az), satışının maya dəyəri isə 25,371 mlnş manat (18,5% az) olub. Son nəticədə şirkət satışdan 802 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 65,2% azdır.
2017-ci ildə “Azərlotereya”nın sair gəlirləri 2016-ci illə müqayisədə 2% çox – 724 min manat təşkil edib. Bununla da şirkətin vergiyəqədərki mənfəəti 1,525 mln. manat olub ki, bunun da 305 min manatı (həmişəki kimi 20%-i) mənfəət vergisi kimi dövlət büdcəsinə ödənilib.
Xatırladaq ki, “Azərlotereya” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 min manatdır.