FED.az xəbər verir ki, gərgin rəqabət bir sıra markaların Çində yerləşən fabriklərinin bağlanmasına səbəb olur.
Eləcə də bax: Azərbaycan - Çin aqrosənaye parkının hansı zonada yaradılacağı - MƏLUM OLDU
Satışa hazırlanan məhsuldan qənaətbəxş gəlir əldə etmək üçün hər şirkət istehsal müddətini və prosesini ən uyğun şəkildə planlaşdırmalıdır. Bir çox texnologiya şirkətləri Çini maliyyə sərfiyyatı baxımından istehsal ölkəsi olaraq seçiblər. Bu, şirkətın əldə edəcəyi məbləğdə artıma səbəb olsa da paralel olaraq digər şirkətlərə rəqabət də yaratmış olur.
Texnoloji avadanlıqlar üzrə bazarda böyük satış payına sahib olan Samsung hər il istehsal olunan fərqli smartfonlardan milyonlarla dollar gəlir əldə edir. Bir sıra markalar kimi Cənubi Koreya şirkəti olan Samsung da məhsullarını həm də Çində istehsal edir. Lakin şirkətin verdiyi son qərara əsasən, artıq Çində yerləşən Samsung istehsal mərkəzi fəaliyyət göstərməyəcək. Verilən bu qərara səbəb olaraq isə telefon istehsal edən markalararası raqabətın artması göstərilib. Çində istehsal olunan Xiaomi, Huawei və digər yerli markaların bazara daha hakim olması da bu rəqabəti daha da artırır.
Yapon markası olan Sony də 2019-cu ilin əvvəllərində Çindəki fabrikini bağlamışdı. Smartfon bazarında daha az satış edən Sony rəsmiləri yeni fabrikin Tailandda olacağını bildirmişdilər.
Apple isə rəqabətə baxmayaraq istehsalın böyük bir hissəsini hələ də Çin Xalq Respublikasında həyata keçirir.
Samsung markalı smartfonların Çində istehsalı dayandırılsa da, satışının davam edəcəyi bildirilib.
Marja