Bakıda "Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır" mövzusunda tədbir keçirilir.
FED.az xəbər verir ki, tədbiri giriş sözü ilə İqtisadiyyat naziri Şahin Mustafayev açıb.
O, çıxışında dövlətin sahibkarlığın inkişafına dəstəyini vurğulayıb.
“Dövlət sahibkarın yanındadır”, - nazir qeyd edib.
Xatırladaq ki, bu il Azərbaycanda ilk dəfə aprelin 25-də “Sahibkarlıq Günü” qeyd olunub. Bununla bağlı Prezident İlham Əliyev aprelin 21-də sərəncam imzalayıb.
Eləcə də bax: Sahibkarlar və sahibkarlarla iş sahəsində fərqlənənlər - TƏLTİF OLUNUBLAR - SİYAHI