"Sahibkarlıq sahəsində qəbul edilmiş qanunlar 6 aydan tez qüvvəyə minməməlidir. Təəssüf ki, bizdə belə deyil".
ELƏCƏ DƏ BAX: İş adamlarına illik 5%-lə kredit gəlir - YENİ QAYDA, ŞƏRTLƏR
FED.az xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfedarasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib. Onun sözlərinə görə, sahibkarlıqla bağlı qəbul edilmiş qanun maksimum bir aya, ay yarıma qüvvəyə minir və bu da investisiya mühitini korlayır:
"Daha yaxşı olardı ki, bu müddət 1 il olsun. Bir çox ölkələrdə bu il qəbul edilən qanun gələn il qüvvəyə minir. Bu çox prinsipial məsələdir".