2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (Fond) güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması üçün 40 kredit təşkilatı, o cümlədən 21 bank, 6 bank olmayan kredit təşkilatı (BOKT) və 13 kredit ittifaqı ilə əməkdaşlıq edib. Banklardan 1-i ("Bank VTB Azərbaycan" ASC) Fondun müvəkkil kredit təşkilatlarının siyahısına ötən il əlavə olunub.
Eləcə də bax: Sahibkarlığın İnkişafı Fondunun yığılmış zərəri - 86 Milyon Manatı Keçib
FED.az bu barədə Fonda istinadən xəbər verir.
Məlumatas görə, hazırda müvəkkil kredit təşkilatlarının filiallarının sayı 246-sı və yaxud 54%-i regionlarda olmaqla 457-dir.
“Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankının müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fonda təqdim etdiyi məlumatlar təhlil edilərək hər maliyyə ilinin əvvəlində müvəkkil kredit təşkilatlarına limit müəyyən edilir. Eyni zamanda, limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə kredit təşkilatlarına əlavə limit müəyyən edilə bilər. Müvəkkil kredit təşkilatları müəyyən edilmiş limit çərçivəsində sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsini həyata keçirirlər. (Report)