Azərbaycanda sahibkarlar qanunvericilikdə baş verən dəyişikliklər barədə tam məlumatlı deyillər.
Bunu FED.az-a Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibi Kristina Məmmədova deyib.
Eləcə də bax: Kiçik və orta sahibkarlara böyük dəstək başlayır - BANKDAN AÇIQLAMA
Onun sözlərinə görə, sahibkarlara arasında keçirilən sorğu bunu deməyə əsas verir. Azərbaycanda 500 nəfər sahibkar arasında sorğu keçirilib. Sorğu iştirakçılarının 69% özəl sektorun nümayəndələri olub. Sorğuda iştirak edən sahibkarlar 12 regiondan 14 iqtisadi sektoru təmsil ediblər. Korrespondentlərin 25%-i mikro sahibkarlar, 31% kiçik sahibkarlar, 26% orta, 18% isə iri sahibkarlar təşkil edib.
K.Məmmədovanın sözlərinə görə, səsvermənin nəticəsindən bəlli olub ki, hal-hazırda qanunvericilikdə baş verən yeniliklər və islahatlar , institional dəyişikliklər barədə sahibkarlar tam məlumatlı deyillər.
“Onların daha çox marifləndirici tədbirə ehtiyacları var. Sahibkarların daha çox dövlət-özəl dialoqa cəlb eləmyə ehtiyac var. Bundan başqa biznes mühitinə ən böyük təsir edən amillərdən biri rəqabət mühitidir. Həmçinin sahibkarlar kadlrarın çatışamamzlığı və kadrların hazırlanma prosesindən tam qane olmadıqlarını bildiriblər. Bizim əsas nəticəmiz budur”-deyə ASK rəsmisi bildirib.