Milli Məclis "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qərra qəbul edib.
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, adı çəkilən qanuna 3 nömrəli əlavə - "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 27-ci maddəsində «ət və ət məhsullarının üzərində nişan qoyulması (baytarlıq damğası və ştampı)» sözləri «idxal və istehsal olunan baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsi, ölkə daxilində heyvanların, heyvan mənşəli məhsulların və xammalın daşınması və satışı məqsədi ilə onların baytarlıq normalarına cavab verməsini təsdiq edən sənəd (baytarlıq şəhadətnaməsi, ekspertiza aktı və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə qoyulan nişan);» sözləri ilə əvəz edilib.
Eləcə də bax: Pomidor əkənlər pullarını saya bilmirlər - RƏQƏMLƏR
Eləcə də 47-ci maddədə "yeyinti məhsullarının gigiyenik" sözləri "qida təhlükəsizliyi" sözləri ilə əvəz edilib.
71-ci maddə isə aşağıdakı redaksiyada verilib:
"71. qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair reyestrdən çıxarış;".
Bu Qanun 2018-ci il iyulun 1-dən qüvvəyə minir.