Hər ilin bu vaxtı – noyabr-dekabr aylarında Azərbaycandakı bütün mühasiblər və vergi sahəsi ilə məşğul ola mütəxəssislər böyük səbirsizliklə Vergi Məcəlləsindəki növbəti sürprizləri gözləyirlər. Ənənəvi olaraq dövlət büdcəsi zərfi ilə Vergi Məcəlləsinə də əlavə və dəyişikliklər edilir. Bəzən bu dəyişikliklər biznesin xeyrinə olur, bəzən isə əlavə inzibatçılıq və vergi yükü gətirir. Yeniliyin ən çox təsir etdiyi peşələrdən biri də mühasiblərdir.
Eləcə də bax: Azərbaycanda vergi ödəyicilərinə - GÜZƏŞTLƏR EDİLƏCƏK
Vergi və mühasibatlıq, sahibkarların bu sahədə yol verdiyi səhvlər və Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı FED.az-ın suallarını mühasibatlıq və vergi məsələləri üzrə ekspert İlqar Əsədov cavablandırır.
- Əvvəlcə bilmək istəyirik ki, kiçik və orta bizneslə məşğul olan sahibkarlarımız mühasibatlıq məsələlərində ən çox hansı səhvə yol verirlər ki, sonra ya cərimələnirlər, ya da onlar üçün başqa bir problem yaranır?
- Məncə bizim sahibkarların mühasibatlıq, vergi sahəsində ən başlıca səhvi mühasibi düzgün təyin etməməkdir. Onların işini düzgün aparacaq mühasib təyin etmirlər. Mənə elə gəlir ki, başlıca digər səbəblər də buradan qaynaqlanır.
- Bəs düzgün mühasibi necə tapmaq olar?
- Əslində hazırki dönəm imkan verir ki, sahibkarlar nəinki əmək haqqı müqabilində mühasib götürsün, eyni zamanda bu cür xidmətləri təşkilatlanmış şirkətlərdən də, «autsors» kimi ala bilərlər. Bu şirkətlərin də nüfuzu, reputasiyası olur. Onsuz da bu şirkətlərin özləri də onlarda çalışan əməkdaşların təkmilləşməsində daha maraqlı olurlar. Çünki onların gəliri oradan formalaşır.
- Yəni pis xidmət göstərmək ilk növbədə onların özlərinə ziyandır
- Bəli, çünki onların gəliri oradan formalaşır. Sizin təyin etdiyiniz mühasib isə onsuz da ayın sonunda öz əmək haqqını alır, yəni o daha arxayındır. İndi belə üstünlüklər, yəni mühasibatlıq xidmətini kənardan almaq imkanı var, əvvəllər Azərbaycanda az idi, lakin indi seçim çoxdur. Fərdi mühasib təyin etməklə sahibkarın özü də ilk növbədə qanunvericiliyi, vergi inzibatçılığını, vergi qanunvericiliyini bilməlidir. Bunu bilsə, o, işə götürdüyü mühasibin savadı, ona uyğun olub-olmadığını təsbit edə bilər. Əks halda, təbii ki, səhv edə bilər. Digər səhvlər artıq o mühasib səbəbilə qaynaqlanacaq.
- Əslində sahibkarı da başa düşmək olar. Bu adam öz biznesini qurur, mühasibə nəzarət etmək onun üçün əlavə yükdür. Həm də mühasibatlığı başqa şirkətə etibar etməklə bağlı bir problem var. Mühasibi işə götürəndə bilirəm ki, bizim əməkdaşdır, biz onu şəxsən tanıyırıq. Amma şirkət olanda baxıram ki, mənim şirkətimin daxili məlumatalarımı tanımadığım insanlar görürlər, onunla bağlı hesabatlar hazırlayırlar. Bilmirəm o məlumatlar normal qorunurmu, yayılır, yoxsa yox. Təbii ki, belə ehtimal çox azdır, lakin yenə də narahatlıq qalır. Bəs sahibkarın ən çox üzləşdiyi problem hansıdır?
- Sahibkarların ən çox üzləşdikləri problemlər onların öz hüquqlarını bilməməsidir. Əsas etibarı ilə sahibkarlar vergi orqanları ilə münasibətlərində problemlərlə rastlaşırlar. Bu da onların öz hüquqlarını, vergi orqanlarının səlahiyyətlərini bilməməkdən irəli gəlir. Çünki digər məsələləri daxili qaydalarla sahibkar onsuz da tənzimləyir. Sahibkarın əsas sıxıntıları vergi orqanları ilə münasibətdə yaranır. Bizdə də təəssüflər olsun ki, sahibkarlar ona fokuslanırlar ki, vergi ilə hər şeyi düzgün həll etsinlər, vergi problemi yaşanmasın və bunun fonunda öz idarəetmə uçotlaraına diqqət yetirmirlər. Bununla da digər daxili problemlərlə rastlaşırlar.
- Bu çox vacib məsələdir. Bir dəfə sahibkarların toplantısında qeyd olunmuşdu ki, biz ancaq vergiyə işləyirik. Halbuki biz özümüz uçotu düz aparsaq, hər şey öz - özünə düzələcək. Yəni əsas problem bununla bağlıdır?
- Bəli, yəni sahibkar öz hüququnu bilsə yaxşı olar. Təbii ki, sahibkar vergi qanunvericiliyi bilmək məcburiyyətində deyil, onsuz mühasib tutubsa bu vəzifə onundur. Sadəcə sahaibkar ən azı öz hüquqlarını bilməlidir. Bu, Vergi Məcəlləsinin 15-ci maddəsi ilə tənzimlənir ki, o, öz hüquqlarını bilməlidir. 16-cı maddədə təsbit olunub ki, sahibkar öz vəzifələrini oxumalıdır, onunla tanış olmalıdır. Vergi Məcəlləsinin 23, 24-cü maddələrində isə vergi orqanlarının hüquqları, vəzifələri ilə tanış olmalıdır.
- Sizin sözlərinizdən çıxır, sahibkarlar vergi orqanlarından qorxurlar. Belə demək istəyirsiniz?
- Belə bir xof var. Amma işi düzgün təşkil edən sahiabkar, yaxud bir müəssisənin direktoru heç nədən qorxmaya bilər.
- Sahibkarlar hansı məsələlərlə bağlı apellyasiyaya verə biərlər?
- Vergi orqanının qərarı ilə bağlı apellyasiya, yəni yuxarı vergi orqanına inzibati qaydada şikayət etmək - əslində vergi ödəyicisinin hüququdur, inzibati qaydada yuxarı vergi orqanına şikayət eləyir. Dolayısıyla vergi ödəyicisi nəyi bilməlidir? Onun hüququ 2 cürdür, həm inzibati qaydada şikayət verə bilər, həm də məhkəmə yolu ilə. Bunlar Vergi Məcəlləsinin 62, 63, 64 -cü maddədələrində tənzimlənir. İnzibati qaydada şikayət etmək məhkəmə yolu ilə şikayət etmək hüququnu məhdudlaşdırmır.
- Hansı məsələlərlə bağlı şikayət etmək olar?
- Demək olar istənilən məsələlərlə bağlı. Yəni şikayət istənilən məsələ ilə bağlı ola bilər, sadəcə şikayətinn təmin edilib - edilməməsi məsələsi var. Bu ayrı mövzudur.
- Hansı hallarda şikayət təmin edilmir?
- O hallarda ki, o məsələlərdəki şikayət nəzərdə tutulmayıb və ya şikayəti düzgün formada verməyib, yaxud düzgün şəxs müraciət etməyib, vergi orqanı qərarında, aktında, hərəkətində, hərəkətsizliyində qanuna əsaslanıb. O halda vergi ödəyicisinin şikayəti təmin edilməyəcək. Amma ümumən vergi orqanının qərarlarından, aktlarından, vəzifəli şəxslərin hərəkətindən, hərəkətsizliyindən şikayət etmək hüququ var.
- Gəlin misal deyək. Son vaxtlara qədər sahibkarın dövriyyəsini müəyyən etmək üçün maraqlı üsullardan biri xronometraj üsulu idi. Bəzi sahibkarlar da hətta bunu cəza vermək üçün edildiyini deyir. Məsələn, sahibkarın obyektində müəyyən dövrdə xronometraj təşkil edilir və məlum olur ki, həmin vaxtı sahibkarın dövriyyəsi artıb. Əlbəttə ki, bir neçə gündən sonra ona vergi hesablananda daha çox həmin variant nəzərə alınır. Sahibkar xronometrajın nəticəsini şikayət edə bilərmi? Tələb edə bilərmi ki, xronometraj yenidən keçirilsin?
- Bəli, əlbəttə. Sahibkarlar öz hüquqlarını bilsələr, bunu da bilərlər. Xronometraj aparmaq vergi orqanının hüququdur, bu, operativ vergi tədbirlərinin bir növüdür. Bilməyənlər də bilsin – burada məqsəd istehsal həcminin və satış dövriyyəsinin həqiqətə uyğun olub-olmadığını yoxlamaqdır. Bu 15 gün ərzində keçirilir. Təbii ki, təəssüflər olsun ki, paraktaikada bir az fərqli nüanslar da görürük. Xronometrajın nəticələrindən vergi ödəyicisinin nəinki şaikayət etmək, hətta şikayətə qədər təkrar xronometraj keçirilməsini tələb etmək hüququ var. Bu, Vergi Məcəlləsinin 15.1 maddəsi ilə təsbit olunur. Sadəcə orada müddət limiti var. Vergi ödəyiciləri bu keçirilmiş xronometrajdan əgər birinci dəfə belə bir tələb irəli sürürlərsə 1 ay gözləməlidirlər. Bu ayın 1-i xromometraj keçirilibsə, 1 ay keçməlidir ki, yenidən xronometraj keçirilməsini tələb etsinlər. Növbəti dəfələrdə isə artıq 2 ay keçməsi lazımdır. Digər məsələlərdə isə hər hansı məhdudiyyət yoxdur.
Baxın işin qızğın vaxtı sahibkarın dövriyyəsi çox olub, ondan çox vergi ödəyib, indi artıq istehsal həcmi aşağı düşə bilər, yaxud satış dövriyyəsi enə bilər. Amma onun göndərdiyi bəyannamələrdə, hesabatlarda onun müştərilərinin çox olduğu variant qalır. Nə qədər istəsə də, vergi orqanı bundan aşağı dövriyyəni qəbul etmir. Çünki vergi məbləği həmin hesabatdakından az ola bilməz.
- Amma sahibkarın dövsiyyəsi azalıbsa, o tələb edə bilər ki, yenidən xromometraj keçirilsin. Eləmi?
- Bəli.
- Belə bir problem də var. Tutaq ki, sahibkar obyekti, məsələn restoranı icarəyə götürüb, müqavilə ilə. Pandemiyaya görə də obyekt sahibləri icazə verirlər ki, nəinki pandemiya dövründə, hətta pandemiyadan sonra onların özlərinə gəlməsi üçün icarə haqqı ödəməsinlər. İcarə haqqı ödəməyəndə icarə haqqına görə vergi də ödənmir. Bəzi hallarda, vergi orqanları tələb edir ki, yenə də vergi ödənsin. Belə vəziyyətdə sahibkar necə sübut edə bilər ki, o, icarə haqqı ödəmir?
- Əli müəllim, bu məsələ çox aktualdır. Amma qurunun oduna yaş da yanır. Çox təəsüüf ki, bəzi vergi ödəyiciləru bundan sui-istifadə edirlər. Pandemiyadır, yoxlamalar azalıb deyə düşünərək icarəni qeyri-rəsmi ödəyirlər. Sadəcə məlumatı elə təqdim edirlər ki, güya ona pandemiyaya görə güzəşt olunub. Nəticədə reallıqda bu cür olan sahibkarlar da qalır çarəsiz. Vergi orqanının mövqeyi bir qədər başadüşüləndir. Çünki bu hallar vergidənyayınma halalrına səbəb ola bilər. Lakin ümumən qaydalar üzərindən baxsaq, bəli, siz deyən kimidir. Əgər hər hansı ödəniş olunmayıbsa buna görə vergi də ödəmir.
- Sahibkar bunu sənədlərlə necə sübut edə bilir?
- Əgər həqiqətən hər şey dürüst olubsa, sahibkar ictimai iaşə obyektindəki fəaliyyətini pandemiyaya görə dayandırıbsa, icarədarla öz arasında üzləşmə aktı tərtib ed bilərlər ki, filan vaxtda mən bu qədər vaxt burada oldum, bu qədər ödəniş elədim, bu qədər qaldı və s. Bunu da vergi orqanına təqdim etməklə əlavə vergi yükündən azad ola bilərlər.
- Sahibkarları mühasibatlıqla bağlı ən çox hansı məsələlərə görə cərimələyirlər?
- Ən çox cərimələnmə sədədləşməyə görə olur. Vergi qanunveriicliyi bizdən tələb edir ki, biz gəlir uçotunu dəqiq aparaq və bunu Vergi Məcəlləsində deyilən vaxtlarda göstərək. Bizdə nəinki o vaxt tələbinə əməl etməkdə, hətta sənədlərdə problem var. Doğrudur, bəzi müəssisələrdə bu işləri icra etmək doğrudan da qəliz məsələdir. Amma ümumən bizdə belə soyuq yanaşma var. Hər şey qaydasında aparılsa burda da problem olmaz. Çünki Vergi Məcəlləsinin 58.13 maddəsində də (bu, yeni dəyişikliklərdə də var) göstərilib ki, gəlir və xərclərin uçotunu aparmamaqla 10 % maliyyə sanksiyası var. Hətta gözlənilir ki, bu məbləğ 20 %-ə qaldırılsın.
- Onda qaydalar sərtləşəcək. Mühasib işinə tələb daha da artacaq?
- Bilikli mühasiblərə tələb artacaq. Əslində mühasibatın iş yükü də bir qədər artacaq. Yeni dəyişiklərdə belə bir təklif də var ki, məhsulun maya dəyərinə düşən normativ sənədini vergi orqanına təqdim olunmalıdır. Bu da nəticə etibarı ilə vergi ödəyicilərinin öz gəlir və xərclərinin uçotunun dəqiqliyin artıracaq. Bu da onların özünə xeyirdir, gələcəkdə maliyyə sanksiyaları ilə rastlaşmayacaqlar.
- Yəni qaydaların sərtləşdirilməsi həm də dəqiqliyi artıracaq. Sərt qrafik üzrə getmək lazımdır ki, cəriməyə düşməyəsən. Sahibkarlar üçün yeni cərimə tətbiq olunub ki, banka ödəniş tapşırığında mütləq elektron qaimə-fakturanın seriya və nömrəsi yazılmalıdır. İndi belə deyildi?
- Hazırda xeyr, vergi orqanı tərəfindən belə tələb yox idi. Ümumi ödəniş tapşırığının tərtib edilmə qaydalarında onun təyinatının göstərilməsi nəzərdə tutulur. Yəni ödəniş tapşırığında köürmənin təyinatı göstərilməlidir. Amma yenin dəyişikliklərdə təklif olunub ki, təyinatla yanaşı, qaimə və fakturanın seriya və nömrəsi göstərilsin.
- Bu dəyişikliyin səbəbi nədir? Doğrudanmı belə vacib məsələdir?
- Mən bu təklifin qəbul olunmasını çox istəyirəm. Bu, bəlkə də mühasibatlığın iş yükünü artırsa da, bu, belə olmalı idi. Əslində iş yükü sıxıntısı aradan qalxacaq. Birbaşa vergidənyayınma mexanizmi olmasa da vergi orqanları üçün bu, çətinlik yaradır. Məsələn, mən sizə bir mal satmışam, siz buna görə mənə ödəniş edirsiniz. Amma siz ödəniş tapşırığında qaimənin seriyası və nömrəsini göstərmirsiniz. Üstəlik, öz mühasibatlığınızda bunu başqa əməliyyat ilə bağlayırsınız, çünki qaimə və faktuiranın nömrəsini göstərmirsiniz. Təsəvvür edin, əməliyyatı çox olan iri müəssisələr var və bəzi müəssisələr ödənişi elə məbləğ edir ki, bu heç bir qaimənin məbləği deyil. Bir neçə qaimənin məbləğini öz mühasibatlığı ilə başqa əməliyyata bağlayırlar.
- Yəni kobud desək, vergi orqanı tələb edir ki, kağızın yarısı orada olsun, yarısı burada.
- Əslində bu məsələlərin səliqəyə salınmağı hamı üçün yaxşı olar. Bu, vergi yükü yaratmasa da, əvəzləşmə məsələlərində, xüssilə də ƏDV ödəyiciilərində sonradan sıxıntı yarada bilər, amma daha yaratmayacaq. Əslində bu dəyşiklik gözlənilirdi. Çünki dediyim kimi siz ödənişi başqa sənədə bağlayırsınız, onu başqa məbləğ ilə əvəzləşdirirsiniz, vergi orqanları da bunu izləyə bilmir. Çox gözəl olar ki, bu ödənişi nəyə görə edədiyinizi göstərəsiniz, əks halda siz məcbur olursunuz ki, birgə ayda 1 dəfə üzləşmə aktı tərtib edək. Yaxud sizdən əvəzləşdirici qaimələri istəyim.
- Şirkət sahibi, yaxud VÖEN-i olan sahibkar özünə avtomobil almaq istəyir. Avtomobili öz adına almağı sərfəlidir, yoxsa şirkətin? Çünki ilk baxışdan avtomobili şirkətin adına alanda, onun xərclərini də şirkətin xərclərinə daxil etmək imkanı var...
- Düzdür, elə də edirlər. Belə tendensiya çoxdan var. Bu da həmin an üçün sərfəli ola bilər. Amma bir müddət sonranı düşünən sahibkar bilməlidir ki, səyyar vergi yoxlanmasında bu hal üzə çıxa bilər. Sən bu avtomobili aldın, şirkətin adına keçirtdin, onu niyə şirkətin adına alırdılar - əmlak vergisindən azad olunmaq üçün. Bu arada deyim ki, yeni dəyişikliyə əsasən, gələn ildən ancaq fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan minik avtomobilləri, yalnız onlar əmlak vergisindən azad olacaq. Hələlik isə mexaniki nəqliyyta vasitələri əmlak vergisindən azaddır. Siz dediyiniz formada əməliyyatı rəsmiləşdirən sahibkarlar həm əmlak vergisi ödəmirlər, həm də nəqliyyat vasitəsinə görə amartizasiya xərclərinə salırdılar, eyni zamanda təmir xərclərini də xərclərə daxil edirlər. Bununla da xeyli vergidən yayınırdılar. Lakin vergi yoxlaması zamanı məlum olunsa ki, həmin nəqliyyat vasitəsi əslində şirkətdə istifadə olunmur, yaxud gəlirin əldə olunması üçün istifadə edilmir, təbii ki o xərclər qəbul edilməyəcək. Vergi bərpa ediləcək və Vergi Məcəlləsinin 58.1 maddəsinə uyğun olaraq yayındırılmış vergi məbləğinin 50 %-i məbləğində maliyyə sanksiyası tətbiq edilir. Ona görə də belə hal risklidir. Sadəcə sahibkarlar yoxlamaların bir qədər az olmasından istifadə edirlər. Amma bu, dediyim kimi, riskli bir haldır.
- Səyyar vergi yoxlamaları ən çox hansı səbəbdən həyata keçirilir?
- Səyyar vergi yoxlaması isə 2 növdədir – növbəli və növbədənkənar. İstənilən halda səyyar vergi yoxlamasının keçirtmək vergi orqanının hüquqlarıdır, keçirtməyə də bilərlər, yaxud keçirdə bilərlər. Onlar da, dediyim kimi, 2 formatda olur. Növbəti səyyar vergi yoxlaması təqvimlə il ərzində 1 dəfədən artıq olmayaraq keçirilir. Növbəti səyyar vergisi yoxlamasının keçirilməsi üçün hər hansı bir səbəb yoxdur. Səbəb olmasa belə təyin edilə bilər.
- Bəs hansı hallarda növbədənkənar səyyar vergi yoxlaması təyin edilir?
- Vergi ödəyicisi hesabatı, vergi bəyannaməsi təqdim etmir. Ona bildiriş də göndərilir, yenə də təqdim etmir. Belə olan halda ona növbədənkənar səyyar vergi yoxlaması açıla bilər, əgər o artıq ödənilmiş vergilərin faizləri maliyyə sanksiyalarını geri qaytarılması ilə bağlı vergi orqanına ərizə ilə müraciət edərsə, yaxud səyyar vergi yoxlamasının keçirilməsinə əsas olarsa.
- Məsələn bu əsas nə ola bilər?
- Əvvəlki səyyar vergi yoxlamasının qərarında, aktında dürüst olmayan məlumatlar aşkarlanarsa, sonradan aşkarlanmış belə məlumatlar növbədənkənar səyyar vergi yoxlamasının açılması üçün səbəbdir. Bundan başqa deyə bilərik ki, növbədənkənar vergi yoxlaması vergi ödəyicisinin öz istəyi ilə də keçirilə bilər. Eyni zamanda Cinayət Məcəlləsinin müəyyən edilmiş hədlərdə gedən yayınma halları olarsa keçirilə bilər. 38-ci maddə ilə təsbit olunmuş digər hallarda keçirilə bilər.