Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib.
ELƏCƏ DƏ BAX: "Bu prezidentin sahibkarlara və dövlət məmurlarına yeni il qabağı hədiyyəsidir"
FED.az-ın məlumatına görə, meyarlara əsasən işçilərinin sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər və 200 min manat olanlar mikro sahibkar, işçilərinin sayı 11-50 nəfər, illik gəliri 200 min manatdan çox, 3 milyon manata qədər və 3 milyon manata bərabər olanlar kiçik sahibkarlar, işçilərinin sayı 51-250 nəfər, illik gəliri 3 milyon manatdan çox, 30 milyon manata qədər və 30 milyon manata bərabər olanlar orta sahibkarlar, işçilərinin sayı 251 nəfərdən çox, illik gəliri 30 milyon manatdan çox olanlar iri sahibkarlar sayılacaq.
İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.
Sahibkarların bölgü meyarları - TƏSDİQLƏNDİ
08:03
25 Dek 2018