Sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verilməsi qaydaları hazırlanacaq.
Eləcə də bax: Nazirlikdən sahibkarlara dəstəklə bağlı - AÇIQLAMA
FED.az "apa"ya istindən xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verilməsi qaydalarının layihəsini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.