Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 362 mln. manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 52,3 mln. manat güzəştli kredit verilib.
Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5550-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin inkişafı, məşğulluqda sənayenin payının artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Ş. Abdullayev Hacıqabul Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarları SKMF ilə fəal əməkdaşlığa və güzəştli kreditlərdən yararlanmağa dəvət edib.
Sahibkarları güzəştli kreditlərdən yararlanmağa dəvət etdi
16:23
20 Aprel 2018