Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) oktyabrın 11-də sahibkarlar və menecerlər üçün “Motivasiya-həvəsləndirmə və mükafatlandırma” mövzusunda təlim keçirəcək.
KOBİA-dan FED.az-a bildirilib ki, təlimdə iştirak etmək istəyən sahibkarlar və menecerlərdən müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi, əlaqə telefonu, e-mail ünvanı) agentliyin [email protected] poçt ünvanına “Mövzu” yerinə təlimin adını qeyd etməklə göndərmələri xahiş olunur.
Eləcə də bax: KOBİA peşəkar təlimçiləri əməkdaşlığa - DƏVƏT EDİR