Hüquq üzrə fəlsəfə doktoru, biznes inkişaf yazarı Nadir Adilmanın Biznesdə Korporativ Sosial Məsuliyyət adlı yeni kitabı nəşr edilib.
FED.az xəbər verir ki, kitab Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 04/C-11011-20 nömrəsi ilə 13.02.2020-ci il tarixində qeydiiyyata alınmaqla 11473 №-li qeydiyta şəhadətnaməsi təqdim edilib.
AzFood-un dəstəyi ilə çap olunan biznesdə KSM kitabı təcrübəli biznesmenlər, davamlı inkişafını qarşısına məqsəd qoyan, markasına hörmət edən sahibkarlar və eyni zamanda, gələcəkdə biznesmen olmaq istəyənlər üçün çox sadə və anlaşılan üslubda yazılıb. Biznesə yanaşmada formalaşan ictimai rəydə şirkətlərin mənfəət və xərclərinə münasibət birmənalı deyildir. Bu da, təbii ki, KSM-in tətbiqi ilə tənzimlənmədikdə bəzi hallarda şirkətlərin reputasiyasında çox ciddi problemlər yaranır.
Biznesdə korporativ sosial məsuliyyət (KSM) nədir?, Kim? Niyə? Və nə üçün KSM? Daxili və xarici KSM-in PR-da rolu, KSM üzrə fəaliyyət prinsipləri, KSM üzrə fəaliyyət sahələri, KSM hədəf qruplarına daxil edən müəllif kitabı həddindən artıq analaşılan və çox sadə üslubda oxuculara təqdim edir.
Müəllif oxucularına və evdə qalmağı üstün tutaraq cəmiyyətin və öz sağlamlığına biganə qalamayanlara sosial şəbəkə hesabları vasitəsi ilə pozitiv müracət də edib.
O qeyd edir ki; “Mövcud pandemiya böhranından sonra biznes üçün önəmli məsələlərdən biri KSM olacaq. Karantin dövrü bitdikdən sonra #evdəqal çağırışına əməl edən bütün dostlara hədiyyə ediləcək qədər kitab var. Təki evdə qalın, sağlam qalın”.
Kütləvi tirajla nəşr edilən kitabın ödənişsiz olaraq yayılacağını qeyd edən müəllif kitabın yazılmasını öz KSM öhdəliklərinin icrası çərçivəsinə daxil edərək əsəri könüllü əsaslarla yazıb. Eyni zamanda kitabın nəşrini öz sosial məsuliyyət çərçivələrinə daxil etdiyi üçün Azfood.az İnformasiya Agentliyi, Logistika və Təchizat Zəncirnin İdarə Edilməsi Mərkəzi, Marsol şirkətinə kitabın kütləvi nəşrinə göstədiyi dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, Nadir Adilman “Gəncsən? Başla!”, “Məqsədlisən?! “, “O Gələcək!” və bir çox biznes inkişaf əsərlərinin müəllifidir.