Sahibkarlar üçün faydalı ola biləcək Youtube-kanalların siyahısını təqdim edirik:
1. “Y Combinator”
Müəllifləri məşhur sahibkarlarla müsahibələr, gənc layihələrə məsləhətlər və texnologiya konfranslarından yayınlar təqdim edən ən nüfuzlu startap-akseleratorlardan biri olan “Y Combinator”-un kanalıdır.
2. “How to Start a Startup”
Tanınmış sahibkarlar onlayn-kurs şəklində öz biznesinə necə başlamaq haqqında məsləhətlər verirlər.
3. “Khosla Ventures”
ABŞ-ın vençur fondu olan “Khosla Ventures”-in kanalıdır. Şirkət “Hyperloop One”, “Zenefits”, “Instacart”, “Stripe” və s bu kimi layihələrə yatırım edib. Müəllifləri fondun portfel startaplarının rəhbərləri ilə müsahibələr təqdim edirlər.
4. “Work in Progress”
“Basecamp”-ın təsisçisi və baş direktoru Ceyson Frayd və “Highrise”-in kiçik biznesi üçün CRM təsisçisinin baş direktoru Neytan Kontninin videobloqudur. Burada onlar hər gün son xəbərləri və bu sahədə mövcud problemləri müzakirə edirlər.
5. “Stanford Business School”
Stenford biznes məktəbinin kanalıdır. Aparıcılar burada müəllimlərin mühazirə, müsahibə və çıxışlarını yerləşdirirlər.
6. “Columbia Business School”
Kolumbiya biznes məktəbinin bloqudur. Burada müəlliflər təhsil mərkəzinə gələn iş adamlarının çıxışlarını, akademik videokurslar yerləşdirir, məktəbin həyatından danışırlar.
7. “Berkeley-Hass Business School”
Daha bir biznes məktəbin kanalıdır. Yalnız yeni çıxışları deyil, arxiv videoçarxları da yerləşdirilir. Məsələn, Stiv Voznyakın 2008-ci ildə tələbələr qarşısında çıxışı.
8. “Nerdwriter”
Kanalın müəllifi çəkiliş, musiqi və mediada storitellinqin necə tətbiq olunması haqqında təlimatlar verən videolar yerləşdirir.
9. “Minutephysics”
Videobloqun aparıcıları bir dəqiqəlik yumoristik roliklərdə fizika sahəsində mürəkkəb konsepsiyaları izah edirlər.
10. “Flux”
Dizayner Ren Seqalın şəxsi bloqudur. O, yerləşdirdiyi roliklərdə öz təcrübəsini paylaşır və bu sahədəki problemlərdən danışır.
11. “DevTips”
Hətta verilmiş sahədə qeyri-professionallar üçün də maraqlı ola biləcək ixtiralar haqqında kanaldır. Müəlliflər ixtiralar aləmində baş verən ən maraqlı hadisələri işıqlandırır, ixtiraçılar və İT-sahəsinin digər nümayəndələri üçün faydalı ola biləcək alətlər haqqında danışır, iri şirkətlərin ofislərinə yollanır.
12. “TED Talks”
“TED” kanalında bütün dünyadan olan tədqiqatçı və sahibkarların mühazirələri yerləşdirilir.
Eləcə də bax: Bakıdakı karqolardan “kitayski” mal qadağası
İnsider.az