Bu ilin 26-28 mart tarixlərində Daşkənd şəhərində 23-cü Beynəlxalq “Qida məhsulları, inqrediyentlər və istehsal texnologiyaları - UzFood 2024” sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun məlumatına görə, Azərbaycan sahibkarları sözügedən tədbirdə iştirak etməyə dəvət olunurlar.
Sərgidə “Ət və quş əti”, “Süd məhsulları”, “Qənnadı məmulatları”, “Ərzaq məhsulları”, “İçkilər”, “Qida inqrediyentləri”, “Qida sənayesi üçün avadanlıqlar”, “Un məmulatları”, “Qablaşdırma materialları”, “Qablaşdırma avadanlıqları” və HoReCa kimi bölmələr yer alacaq. Builki sərgidə Özbəkistan, Türkiyə, Qazaxıstan, İran, Rusiya, ABŞ, Çin, Litva, Niderland, Fransa, İsveçrə, Cənubi Koreya, Sinqapur, Tailand və Şri-Lankadan 275-dən çox şirkət məhsul və xidmətlərini nümayiş etdirəcək. Bundan başqa, hər il olduğu kimi, “UzFood 2024” sərgisində ticarət şəbəkələrinin nümayəndələri ilə hazır qida məhsulları tədarükçüləri arasında danışıqların aparılması üçün “Retail Mərkəzi” təşkil olunacaq.
Sərgidə iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel: (+994 12) 598-01-47/48 (daxili - 3644)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova