27 fevral – 1 mart 2024-cü il tarixlərində Daşkənd şəhərində "UzBuild 2024" 25-ci Yubiley Özbəkistan Beynəlxalq İnşaat Sərgisi keçiriləcək.
FED.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, sərgiyə Türkiyə, ABŞ, Hindistan, Çin, Koreya, Almaniya, İspaniya, İtaliya, Avstriya, Finlandiya, Danimarka, Niderland, İsveçrə, Polşa, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya və digər ölkələrdən 400-ə yaxın şirkət qatılacaq. Sərgidə tikinti materialları sənayesində yeniliklər və ən son texnologiyalar, müasir tikinti texnikası, inşaat məhsulları və xidmətləri nümayiş olunacaq.
Sərgi çərçivəsində tikinti texnologiyaları və avadanlıqları üzrə ixtisaslaşmış bölmə – "BuildTech" və Beynəlxalq İnşaat Sənayesi Konfransı – ICCI keçiriləcək.
Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:
E-mail: [email protected]
Tel. (+99412) 598-01-47/48 (daxili 3644)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova.