"Şuşa bəyannaməsinə sadiq qalaraq, qardaşlıq şüurunu ortaqlıq mədəniyyətilə birləşdirmək, qlobal iqtisadiyyatın fəal iştirakçısı olmaq əzmindəyik. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişiafı Agentliyinin və MÜSİAD-ın tərəfdaşlığı, KOBSKA və MÜSİAD Azərbaycan-ın təşkilatçılığı ilə 13-14 İyul tarixlərində İstanbulda "İş dünyası-100 ilin zirvəsi" adlı forum keçiriləcək".
FED.az xəbər verir ki, bunu MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.
O qeyd edib ki, tədbir Türkiyə Respublikasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur.
Tədbirdə 13500 sahibkarın üzv olduğu MÜSİADdan, Sənaye və Ticarət odalarından, DEİK-dən, Türkiyədə fəaliyyət göstərən QHT-lərdən iştirakçıların qatılması gözlənilir.
Bütün sahibkarlarımızı tədbirdə iştirak etməyə dəvət edirik.
Tədbir İstanbulda, MÜSİADın mərkəzi ofisində keçiriləcəkdir.
Qeydiyyat linki: https://docs.google.com/forms