İcazələrin Alınması və Monitorinqi Sistemində icazələrin alınması yenidən akltivləşdirilmişdir.
Eləcə də bax: «İcazəsi olmayan müraciət etsin» – NAZİRLİKDƏN AÇIQLAMA
FED.az xəbər verir ki, sistem 7 iyul gecə saat 00:00 radələrindən işini bərpa etdirib.
Bildiyiniz kimi, Elektron Hökumətin İnkişafı Mərkəzi İcazələrin Alınması və Monitorinqi Sistemində icazələrin alınmasında problemlər yaranmışdı. Bir çox müəssələrin əməkdaşlarının mövcud icazələri isə ləğv edilmişdi. Şirkətlər, müəssisələr və digər qurumlar tərəfindən edilən çoxsaylı müraciətlər və narazılıqları nəzərə alaraq sistemin işi bərpa olunub.
Bunu nəzərə alaraq sahibkarlar öz işçiləri üçün yenidən icazə ala bilərlər. (Ena)