Gələn ildən sahibkarlar həbsxanalarda müəssisə yaratmağa cəlb ediləcəklər.
FED.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 18 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Mikro, kiçik, orta və iri sahibkarlar kimlər olacaq? - YENİ QƏRAR LAYİHƏSİ
Sənədə əsasən, Ədliyyə Nazirilyi 2019-2023-cü illərdə azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının genişləndirilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpası və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlər görülməsini təmin etməlidir.
Sahibkarlar həbsxanalarda müəssisə yaratmaq üçün – SİMULLAŞDIRILACAQ
20:19
19 Dek 2018