Banner

Biznes

Sahibkarlar güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlandırılacaqlar

Sahibkarlar güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlandırılacaqlar | FED.az
10:55 12 Aprel 2021

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə əməkdaşlıq çərçivəsində "Sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusunda sahibkarlarla onlayn görüş keçirəcək.

 FED.az xəbər verir ki, ASK-dan məlumata görə, hazırda SİF iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsini davam etdirir.

Görüşdə sahibkarlara Fond tərəfindən təklif olunan maliyyə mexanizmləri, o cümlədən güzəştli kredit, avadanlıq krediti, kreditlərə zəmanət və mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmləri, onların şərtləri, müraciət forması və tələb olunan sənədlər barədə məlumat veriləcək. Eləcə də, İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan Elektron Kredit Platforması və onun üstünlükləri barədə sahibkarlar məlumatlandırılacaq.(apa)

Banner
Banner

Digər xəbərlər