Sentyabr 26-29-da Ankarada “AGROTEC 2019 – 23-cü Beynəlxalq Kənd təsərrüfatı və Kənd təsərrüfatı Texnologiyaları Sərgisi” açılacaq.
FED.az xəbər verir ki, sərgiyə konfederasiya tərəfindən biznes missiya təşkil olunacaq. Missiyada iştirak edəcək nümayəndə heyətinin otel və transfer xərcləri təşkilatçı tərəfindən ödəniləcək. İştirak edəcək nümayəndə qərar vermək səlahiyyətinə məxsus olmalıdır. ASK-ya üzv olmayan şirkətlərin sərgidə iştirakı ödənişlidir və ödəniş haqqı 200 AZN təşkil edir.