"İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımına və süni qıtlığın yaradılmasına qarşı ciddi tədbirlər görür".
Eləcə də bax: Meyvə-tərəvəzlə bağlı - QITLIQ OLA BİLƏRMİ?
FED.az xəbər verir ki, bunu AzTV-nin efirində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
"Məhsulların qiymətləri gündəlik monitorinq edilir. Əfsus ki, bu cür vəziyyətdə bəzi sahibkarlar süni qiymət artımına və süni qıtlığa meyl göstərir. Bu hallar dərhal araşdırılır və qarşısı alınır, qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür", - deyə o, qeyd edib.
Report