Azərbaycanda fəaliyyət göstərən şadlıq evləri, avtomobil satışı ilə məşğul olan obyektlər və mebel salonlarında da onlayn kassa aparatı olacaq. FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında» qərarında bildirilir. Qərara əsasən, 2023-cü ilin əvvəlinədək ölkənin bütün vergi ödəyiciləri olan obyektlərində real vaxt rejimində fəaliyyət göstərən kassa aparatları quraşdırılmalıdır.
Eləcə də bax: Azərbaycanda toylardan kimlər nə qədər qazanır? – SIYAHI, MƏBLƏĞLƏR
Qərarda ayrı-ayrı təsərrüfat subyektlərində onlayn kassaların quraşdırılması ilə bağlı konkret müddətlər və qrafik göstərilib.
Qrafikə əsasən,
Bakıda fəaliyyət göstərən şadlıq evlərində belə kassalar iyulun 1-dək quraşdırılmalıdır. Gəncə, Sumqayıt və ölkənin digər ərazilərində fəaliyyət göstərən şadlıq evlərində isə onlayn kassalar oktyabrın 1-dək quraşdırılacaq.
Eləcə də bax: ŞADLIQ EVLƏRİ: «Toy sahiblərinə nə deyəcəyimizi bilmirik» - MÜBAHİSƏ
Bakıda fəaliyyət göstərən avtosalonlarda belə kassalar iyulun 1-dək quraşdırılmalıdır. Gəncə, Sumqayıt və ölkənin digər ərazilərində fəaliyyət göstərən avtosalonlarda isə onlayn kassalar oktyabrın 1-dək quraşdırılacaq.
Eləcə də bax: "Yeganə" şadlıq evinin sahibi məhkəməyə məcburi gətiriləcək
Mebel salonlarına isə kassaların quraşdırılması üçün bir qədər artıq vaxt verilib. Belə ki, həm Bakıda, həm də Gəncə, Sumqayıt və ölkənin digər ərazilərində fəaliyyət göstərən mebel salonlarında onlayn kassalar oktyabrın 1-dək quraşdırılacaq.
Eləcə də bax: Otel, şadlıq evi, bank binası, istixana – ŞƏMKİRDƏ ƏMLAK
Şadlıq evi və avtosalonlarda da kassa aparatı olacaq – VAXT VERİLDİ, YENİ QƏRAR
12:03
16 Fev 2019