Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların (KOB) qarşılaşdığı çətinliklərin yerində öyrənilməsi və həllinə dəstək göstərilməsi məqsədilə sahibkarlarla mütəmadi görüşlər keçirir.
FED.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, agentliyin dəstəyi ilə növbəti belə görüş Sabirabad rayonunda sahibkarların, Dövlət Aqrar İnkişaf Mərkəzi, rayon icra hakimiyyəti və özəl sektora bank və lizinq xidmətləri göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil edilib.
Görüşdə sahibkarların maliyyə resurslarına çıxış imkanları müzakirə edilib, dövlət dəstəyi mexanizmləri, onlardan istifadə və alternativ maliyyələşdirmə ilə bağlı sualları cavablandırılıb.