“Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil.
“Sabina Perfumery&Cosmetics” ləğv olunur
Bu barədə FED.az-a açıqlamasında “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılova bildirib.
O deyib ki, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətini davam etməkdədir.
“Mətbuatda və sosial şəbəkələrdə “Sabina P və C MMC”nin ləğvi ilə əlaqədar yayılan xəbərlərə münasibətdə bildiririk ki, 2019-cu ildə “Adore Kompani” MMC tərəfindən “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib.
“Sabina P və C” MMC müstəqil hüquqi şəxs olmaqla, “Adore Kompani” MMC ilə heç bir hüquqi bağlantıya malik deyil”, - deyə N.İsmayılova əlavə edib.