Sabancı Holdinq Türkiyə və ABŞ-da bərpa olunan enerji və iqlim texnologiyalarına sərmayə qoymaq üçün yeni şirkət qurub.
Eləcə də bax: Türkiyənin məşhur holdinqi bir ildə - 900 MİLYON DOLLAR QAZANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Sabancı Holdinqdən KAP-a verilən məlumata görə, Holdinqin yeni iqtisadiyyat yönümlü böyümə, qlobal izlərini gücləndirmək və gələcəyin texnologiyalarını inkişaf etdirmək strategiyalarına uyğun olaraq, bərpa olunan enerji və iqlim texnologiyaları sahələrinə investisiya qoymaq üçün alan “Sabancı İqlim Texnologiyaları AŞ” adlı bir şirkət yaradılıb.
Bu şirkət xarici bərpa olunan enerji elektrik stansiyası investisiyalarına, ilk növbədə ABŞ və Avropada müxtəlif vençur kapitalı fondlara və startaplara strateji sərmayələr qoymağı hədəfləyir.