2022-ci ilin yanvar-may aylarında Türkiyədə Rusiya kapitalı ilə 347 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 278 şirkət çoxdur.
Eləcə də bax: Putin Aİ-nin sanksiyalara görə 400 mlrd. dollar itirəcəyini - BİLDİRİB
FED.az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 203,1 milyon lirə olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 32,9 milyon lirə təşkil edib”-deyə TOBB-dən bildirilib.
TOBB-dən o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (248) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 52,4 milyon lirəs təşkil edib”, - deyə TOBB-dən bildiriblər. (Trend)